Azərbaycanda VAR yenə "yox" oldu

Azərbaycanda VAR yenə "yox" oldu

Azərbaycan Premyer Liqasının daha bir oyununda VAR sistemi ilə bağlı problem yaşanıb.

mediasport.az xəbər verir ki, 15-ci turun saat 16:30-da başlanan "Sumqayıt" - "Qəbələ" görüşündə VAR işləmir.

Problemin texniki səbəbdən baş verdiyi bildirilir. Cari mövsüm VAR-la bağlı artıq 3-cü belə problemdir. Daha əvvəl "Kəpəz" - "Şamaxı" (7-ci tur) və "Zirə" - "Neftçi" (12-ci tur) qarşılaşmaları VAR-sız keçirilmişdi.