"Neftçi" son Azərbaycan çempionunu məğlub edib
Azərbaycan Basketbol Liqasında 5-ci turun daha iki görüşü baş tutub.
Mediasport.az xəbər verir ki, Cəlilabadda keçirilən dueldə eyniadlı komanda "Sumqayıt" üzərində qələbə qazanıb - 86:74.
Ən məhsuldar basketbolçular "Cəlilabad"dan Camani Pirs (19 xal, 10 ribaund), "Sumqayıt"dan Smit Roderik (22 xal, 12 ribaund) olublar.
Sumqayıt Olimpiya İdman Kompleksində oynanılan "Neftçi" - "Sabah" qarşılaşması isə son Azərbaycan çempionunun məğlubiyyəti ilə yekunlaşıb - 96:93.
Bu görüşdə ən məhsuldar basketbolçular "Neftçi"dən Toraje Breyk (27 xal, 9 ribaund), "Sabah"dan Kivon Devenport (22 xal, 9 ribaund) olublar.
Tura bu gün "Şəki" - "Xəzri" oyunu ilə yekun vurulacaq.