"Neftçi"nin futbolçuları "Turan Tovuz"la matçda oynamayacaqlar
Azərbaycan Premyer Liqasının 16-cı turunun "Turan Tovuz"la oyununa hazırlaşan “Neftçi”də itkilər var.
Mediasport.az xəbər verir ki, paytaxt klubu tovuzlularla ev matçına itkilərlə çıxacaq.
Bir müddətdir zədəli olan qapıçı İvan Brkiç fərdi məşqlərlə kifayətlənir, Ataa Caber isə topuğundakı burxulma səbəbindən yaşıl meydanlardan 2 həftə kənar qalacaq.
“Neftçi” – “Turan Tovuz” görüşü dekabrın 10-u saat 18:00-da “Neftçi Arena”da start götürəcək.