"Traktor" çətin səfər qələbəsilə turnir cədvəlində irəlilədi

"Traktor" çətin səfər qələbəsilə turnir cədvəlində irəlilədi

Futbol üzrə İran çempionatında 4-cü turun görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" Xuzestan səfərində "Esteqlal"la qarşılaşıb.

Gərgin keçən matç Təbriz futbolçularının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Al qurdlar" bu qələbə sayəsində xallarını 6-ya yüksəldərək turnir cədvəlinin 6-cı pilləsinə yüksəliblər.