"Neftçi" və "Səbail"in baş məşqçiləri 9 oyunluq cəzalandırıldılar
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, Gənclər Liqasında baş vermiş qayda pozuntularına görə cəzalar açıqlanıb.
12 yanvar 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Səbail” - “Neftçi” oyununda hər iki baş məşqçi - Müşviq Qənbərovla İlyas Qurbanov öz aralarında davamlı şəkildə mübahisə etdiyinə görə hakim tərəfindən meydan sahiblərinin çalışdırıcısı qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyunluq cəzaya məruz qalıb (maddə 41.4).
“Neftçi”nin baş məşqçisi İlyas Qurbanov da cəzadan qaça bilməyib. Həmkarı ilə "söz davası"na görə qırmızı vərəqə alan mütəxəssis 5 oyunluq diskvafilikasiya edilib (maddə 41.4).