"Bu gün mütləq "Neftçi"ni udmalı idik və bunun öhdəsindən gəldik"
“Hansı hissləri keçirdiyimi özünüz görürsüz. Sonadək vuruşduq, əmkarlıq sayəsində qələbə qazandıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Sabah"ın prezidenti Maqsud Adıgözəlov deyib.
Azərbaycan Premyer Liqasının 36-cı turunun "Neftçi" ilə səfər matçından sonra sevincini bölüşən Masazır təmsilçisinin rəhbəri meydana yalnız qalib gəlmək üçün çıxdıqlarını bildirib:
"Buraya maksmimum nəticə üçün gəlmişdik. Avrokuboklara yollanmaq üçün bu gün mütləq "Neftçi"ni udmalı idik və biz bunun öhdəsindən gəldik. Komandamız sonadək vuruşdu".
Qeyd edək ki, mövsümü 58 xalla 3-cü pillədə başa vuran "Sabah" ardıcıl ikinci mövsüm avrokuboklarda iştirak hüququ əldə edib.