Rahil Məmmədovun Polşada yeni baş məşqçisi müəyyənləşib
Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədovun formasını geyindiyi Polşanın LKS klubu baş məşqçi Pyotr Stokovieçi istefaya göndərib.
Mediasport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis uğursuz nəticələrə görə yola salınıb.
Onu 4 ildir Lodz komandasında köməkçi vəzifəsində çalışan Marçin Matusiak əvəz edib.
Qeyd edək ki, yığmamızın müdafiəçisinin qış fasiləsində transfer edildiyi Polşa Yüksək Liqa təmsilçisi 20 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.
Məmmədov burada 2 yoxlama, 2 rəsmi matçda meydana çıxıb.