"Neftçi"nin gürcü futbolçusu getdi
“Neftçi”nin müdafiəçisi Solomon Kverkveliya Gürcüstan milli komandasına çağırılıb.
mediasport.az xəbər verir ki, 31 yaşlı futbolçu AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına dəvət alıb.
2014-cü ildən yığmada çıxış edən Kverkveliya milli formada 49 oyun keçirib.