"Neftçi" üzərindəki "4:0"ı belə şərh etdi: "Çıxdıq və istədiyimizi etdik"

"Neftçi" üzərindəki "4:0"ı belə şərh etdi: "Çıxdıq və istədiyimizi etdik"

Rusiyada təşkil olunmuş "Kubok Parı Matç" turnirində "Neftçi"yə 4:0 hesabı ilə qalib gələn “Srvena Zvezda”nın (Serbiya) baş məşqçisi Barak Baxar görüş barədə fikirlərini paylaşıb.

MediaSport.az xəbər verir ki, çalışdırıcı "ağ-qaralar" üzərində böyükhesablı qalibiyyəti şərh edib.

44 yaşlı israilli mütəxəssis turnirdə ardıcıl ikinci qələbəni qazandıqlarına görə şad olduqlarını deyib: "Bu dəfə fərqli qələbə oldu. Çünki rəqib də fərqli idi, qələbə hesabı da. Buna rəğmən, komanda ruhunu saxlayıb yüksək pressinqlə meydanda hadisələrə nəzarət edə bildik. Oyuna çıxdıq və istədiyimizi etdik. Yaxşı oynadıq və qalib gəldik. Ona görə də razıyam".

Qeyd edək ki, Serbiya klubu turnirin ilk görüşü çərçivəsində yerli "Zenit"i də məğlub edib - 2:1.