Sadiq azarkeşlər ŞOK siyahı ilə SOCAR rəhbərinə MÜRACİƏT etdi: "Neftçi"ni səriştəsizlərdən xilas edin"

Sadiq azarkeşlər ŞOK siyahı ilə SOCAR rəhbərinə MÜRACİƏT etdi: "Neftçi"ni səriştəsizlərdən xilas edin"

“Neftçi”nin sadiq azarkeşlərinin bir qismi klubun əsas himayədarı, baş sponsoru olan Azərcaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.

mediasport.az detallı izahlarla ünvanlanmış məktubu olduğu kimi təqdim edir:

“Hörmətli Rövşən müəllim! Sizi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin olunmağınız münasibəti ilə təbrik edirik! Sizə bu şərəfli və məsuliyyətli vəzifədə ancaq və ancaq uğurlar diləyirik.

Biz “Neftçi” PFK-nın azarkeşləri arasında bu klubla nəfəs alan 10, 20, 30, 40, 50, 60 illik stajı olan sadiq tərəfdarları var. Hamımız 85 illik qocaman dogma klubumuzun çempionatda yenidən çempionluqlarını, avrokubokların qrup mərhələlərində çıxış etməyini istəyirik. Rəhbərlik etdiyiniz SOCAR şirkəti “Neftçi”mizin daimi baş sponsorudur və klub davamlı, sabit olaraq malliyələşir.

“Neftçi” azarkeşləri arasında ölkəmizin müxtəlif təbəqələrinin yüzminlərlə nünayəndəsi vardır. Həkimlər, müəllimlər, alimlər, bəstəkarlar, professorlar, fəhlələlər, tələbələr, mühəndislər eləcə də dənizdə və quruda gecə-gündüz çalışan qəhrəman neftçilərimiz. Həmçinin əziz neftçilərlə yanaşı, paytaxtımız Bakıdan savayı, bölgələrimizdə ata-babalarımızdan bizlə miras qalan “Neftçi”nin çox sayda azarkeşi vardır.

Əfsuslar olsun ki, dogma neftçilərimizin min əziyyət və əməyi sayəsində dövlət büdcəsindən maliyyələşən, daim dövlət qayğısı görən və dövlət tərəfindən xalqa ərmağan olan Azərbaycan futbolunun ən yaşlı klubu, böyük “Neftçi”miz səriştəsiz idarəçilər tərəfindən ildən-ilə kiçildilir. Bu, biz azarkeşlərin ürəyini ağrıdır, parçalayır. 2015 ci ildən bu yana qeyri-peşəkar klub idarəçilərinin səriştəsiz idarəçiliyi nəticəsində “Neftçi” getdikcə iddialı rəqiblər qarşısında məhəllə komandasına çevrilir. Bu illər ərzində klubda Müşahidə Şurasının yaradılması ilə birgə neçə rəhbər, prezident, vitse-prezident, icraçı və idman direktorları, xarici və yerli baş məşqşilər dəyişdirilib. Lakin istədiyimiz nəticələr qazanılmayıb.

7 il ərzində “Neftçi” kimi böyük bir klubda 9 məşqçi dəyişib. Göründüyü kimi, problem məşqçi problemi olmayıb. Problem kubu idarə edənlərin “Neftçi” yükünü daşıya bilməmələri olub. Bu cür idarəçilər hər dəfə biz azarkeşlərə yalançı vədlər, ümid verərək başımızı aldadıb, növbəli sistemlə bir-birini əvəzləyib.

Klubda transfer siyasəti ürəkaçan deyil. Çempionatımızda çıxış edən digər klubların bizim klubdan da aşağı büdcəli olmalarına baxmayaraq, transferləri daha keyfiyyətli olur. 2015-ci ildən bu yana 10 milyonlarla dollar sərf edilərək 80-ə yaxın legioner və yerli futbolçular transfer edilib. Bu futbolçulardan 80-90 faizi 6 ay, və ya 1 ildən sonara yola salınıb. Göstərilən nəticələr biz azarkeşləri sarsıdır. Araşdırılma aparılsa, idarəçiklikdə olan ciddi nöqsanlar aydın olar. Həmin futbolçuların adları və soyadları bunlardır.

Mateo Mujek

Mixay Peskoviya

Boyan baykoviç

Fransisko Qarsiya

Jayro Rodriqes

Aylton Silva

Xuan Alberto Melli

Antoniyo Anyete

Denilson Pereyra

Katalin Tira

Dariyo Melnyak

Jonas Pessalli

İqnasio Herrera

Lukas Qomes

Mayk Kampas

Kvame Karikari

Xorxe Korrea

Edson Kastilyo

Prins İbara

Harramiz Suares

Saman Nərimancahan

Uqo Barqas

Slavko Braliç

Daniel Seqoviya

Canlyuko Sansone

Pavel Dreksa

Qoran Paratski

Kiril Petrov

Zdonek Folperxt

Vangellis Platellas

Bruno Teluşi

Ruslan Qurbanov

Baqali Dabo

Stiven Jozef-Monroz

Rener De Souza

Huqo Basto

Krşevan Santini

Dario Frederiko

Mamadu Kane

Mamadu Mboc

Keysuke Honda

Voislav Stankoviç

Romen Bask

Ramon Maçado

Tyaqo Bezerra

Ahmed Ahmedov

Mert Çelik

Petru Raku

Derlis Meza Kolli

Vançe Şivkov

Sezar Meza Kolli

Georgi Navalovski

Tallison Dias

Sabir Buqrin

Yusuf Laval

İvan Brkiç

Vato Arveladze

Solomon Kvirkveliya

Azər Əliyev

Qodsvey Donyo

Vild-Donald Gerye

Soni Mustivar

Yeqor Boqomolski

Ataa Caber

Kenni Sayef

Gilyerme Pato

Səlahət Ağayev

Rəhman Hacıyev

Məhəmməd Mirzəbəyov

İlkin Qırtımov

Tərzin Cahangirov

Xəyal Nəcəfov

Azər Salahlı

Məhəmməd Qurbanov

Aqil Məmmədov

Eddi İsrafilov

Hazırda bu transferlərdən 16 nəfər komandadadır, onların da yarısı səviyyəsinə görə ehtiyatda qalır. Ümumiyyətlə, siyahıda olan transferlərin çoxu transfer adına transfer və başqa məqsədlər xatirinə olunub. Dövlət Neft Şirkətinin sponsorluğu istənilən idman növündə çalışan idmançılar, onların azrkeşləri və tərəfdarları üçün böyük şansdır. Biz “Neftçi” azarkeşləri də sizin rəhbərlik etdiyiniz şirkətin klubumuza himayədarlıq etməsini məmnunluqla qarşılayırıq. Ancaq transferlərə sərf edilən vəsaitlə ən azı iki səviyyəli komanda yaratmaq olardı. Siyahıda olan futbolçular arasında elə futbolçular olub ki, klubda olduqları müddətdə cəmi 20, 30 dəqiqə meydanda olub. Ayrılan vəsait səriştəsiz klub idarəçiləri tərəfindən göyə sovrulub.

Hörmətli Rövşən müəllim, biz “Neftçi” azarkeşlərini klubumuzun qeyri-peşəkar idarərəçiliyi, komandanın adına layiq çıxış etməməsi hədsiz narahat edir. Bununla əlaqədar biz stajlı azarkeşlər sentyabr ayında Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə müraciət etmişik və klub rəhbərliyində olan qeyri-peşəkarlıq, transfer siyasətinin kor-təbii aparılması, sərf edilən vəsaitlərin müqabilində səviyyəsiz futbolçuların alınması və digər problemlərlə bağlı fikirlərimizi çatdırmışıq. Futbola və idmana hər zaman qayğı ilə yanaşan ölkə başçısının “Nefçi”mizə biganə qalmayacağına inanırıq.

“Neftçi” azarkeşləri artıq sosial şəbəkələrdə, “Neftçi”nin rəsmi səhifəsində, fanat-admin səhifələrində kütləvi olaraq klub rəhbərliyini istefasını tələb edir, tribunalarda “qaytarın “Neftçi”nin keçmiş illərini” şüarları səsləndirilir. Digər klublar qarşısında “Neftçi” kimi tarixi olan bir komandanın, bu cür sponsoru olan klubun aciz olması biz azarkeşləri hiddətləndirir. Biz “Neftçi”nin ancaq uğurlarına alışmışıq. 2012-2015 –ci illər aralığında klubumuz müstəqil futbol tariximizin ən güclü “Neftçi”si idi. 3 dəfə ardıcıl çempionluğa, 2 dəfə ardıcıl ölkə kubokuna sahib olmaqla Azərbaycanda futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıldı. Biz azarkeşlər ən azından bu səviyyədə “Neftçi” istəyirik və azarkeşlər bunu haqq edir. “Neftçi” səriştəsiz idarəçilikdə nə hala salınıb ki, biz azarkeşlər ümidlə komandamızın keçmiş illərini arzulayırıq, o illərin nəticələri ilə təsəlli tapırıq.

2014/2015 mövsümündən “Nefnçi”nin qara günləri başlayıb. Avropada biabırçı çıxışlar, 8 ildə bir çempionluq. “Qarabağ” eyni idarə heyətinə, eyni məşqçilərə uzun illər şans verdi və nəticəsini gördü. “Neftçi”nin ən əzəmətli illəri kimlərəsə sərf etmədi. Doğma klubumuz illərdir AFFA-dan göndərilən rəhbərlərlə məqsədli şəkildə idarə edilir. “Neftçi”nin belə idarəçiliyi baş sponsor SOCAR-ın da imicinə zərbə vurmaqdadır. Səriştəsiz idarəçilər bilərəkdən öz günahlarını “pul vermirlər, büdcə azaldılır” adıyla şirkət rəhbərləyinə yönəldir, narazılıq yaradır.

Biz azarkeşlər üçün “Neftçi”nin idarəçiliyinin kimə həvalə edilməsi fərq etməz. “Neftçi” azarkeşlərinə klubumuzun qazanacağı nəticələri önəmlidir. Sizin birbaşa nəzarətinizlə “Neftçi”nin, futbola bağlı, futbolu bilən, futbol fəlsəfəsi, liderliyi bacaran şəxslərə tapşırılmasına böyük ehtiyacı var. “Neftçi” ruhlu, klubda uğurlar əldə edə biləcəyinə inamı, güvəni olan insanların idarəçiliyə gətirilməsi üçün sizə bu yolda “Neftçi”mizin qeyri-peşəkar rəhbərlərdən xillas edilməsi, çoxsaylı azarkeşlərin müraciətində ürək ağrılarına, dərdlərinə şərik olaraq sizin birbaşa səlahiyyətlərinizə aid olan SOCAR-dan maliyyələşən, lakin AFFA tərəfindən tanışlıqla kluba təyin olunmuş, illərdir klubu uçuruma aparan rəhbərlərin əlindən qurtulmasına dair müvafiq tədbirlər görəcəyinizə ümid edirik. Buna görə də sizə öncədən minnətdarlığımızı bildiririk.

“Neftçi” PFK-nın sadiq azarkeşləri adından:

1. Elxan Xəlilov

2. Taleh Həsənov

3. Elşad Yusubov

4. Fazil Dadaşov

5. Müşfiq Məcidli

6. İlfa Əliyev

7. Rauf salayev

8. Ramin Həmidzadə

9. Elnur Əhmədov

10. Elnur Quliyev

11. Şahin Talıblı

12. Rövşən Bayramov

13. Ədalət Məmmədli

14. Rasim Məlikov

15. Ənvər İbrahimov

16. Əkbər Səmədli

17. Elsaf Kərimov

18. Ramin Qəhrəmanov

19. Ceyhun Əli oğlu Xəlilov

20. Xəqani Əliyev

21. Ömər Bayramov

22. Araz Cəfərli

23. Oqtay Quliyev

24. Fazil Tağıyev

25. Əlinağı Bakılı

26. Kamal Səmədzadə