"Neftçi"nin zədədən qayıdan yarımmüdafiəçisi: "Vacib xallar itirdik"
Premyer Liqanın 8-ci turunun "Qarabağ"la görüşündə zədələn "Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov klubun televiziyasına açıqlama verib.
mediasport.az xəbər verir ki, zədəsini sağaldan yığmamızın üzvü komandasına kömək etməyə hazır olduğunu bildirib:
"Hazırda özümü çox yaxşı hiss edirəm. Ay yarımdır ki, komanda ilə məşqləri səbrsizliklə gözləyirdim. İndi kollektivlə birlikdəyəm və bundan zövq alıram. Oynamadığım dönəmdə komandanın performansını yaxşı dəyərləndirirəm. Düzdür, vacib xallar itirdik, amma oyunu yaxşı qiymətləndirərdim. Baş məşqçinin ehtiyacı olarsa, hər an komandaya kömək etməyə hazıram. Birlikdə uğurlara imza atacağıq.
Bizi "Səbail"lə heç də asan oyun gözləmir. Rəqibin yaxşı oyunçuları var. Amma biz "Neftçi"yik, böyüklüyümüz bundadır. "Səbail"lə matçda qələbə qazanmağa çalışacağıq. Baş məşqçi mənə neçə dəqiqə şans versə, həmin dəqiqələrdə komandaya xeyir verməyə çalışacağam".