4 klub texniki məğlubiyyət alıb
AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandanı cəzalandırıb.
Mediasport.az xəbər verir ki, U-10 Liqasında “Lokomotiv” (Ucar) - “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) - “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydana çıxmayıblar.
U-10 Liqasında “Metak”la görüşdə “Şahdağ”ın, “Universal” FA ilə qarşılaşmada isə “Modern”in heyətində yetər sayda futboçu olmayıb.
Beləliklə, “Lokomotiv”, “Hacıqabul-Şərq”, “Şahdağ” və “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət alıblar.