Prezident İlham Əliyevin nəvələri Qurban Qurbanovla - FOTOLAR

Prezident İlham Əliyevin nəvələri Qurban Qurbanovla - FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyevin nəvələri - Əli və Mikayıl Ağalarovlar sosial şəbəkədə maraqlı paylaşım ediblər.

mediasport.az xəbər verir ki, Leyla Əliyeva və Emin Ağalarovun birgə nikahından olan qardaşlar "Qarabağ"ın düşərgəsindən şəkillər paylaşıblar.

Əkizlər ötən mövsümdə Ağdam təmsilçisinin oyunlarının birindən sonra paltardəyişmə otağına yollanaraq klubun prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov və hazırda Tailandın "Buriram Yunayted" klubunda çıxış edən millimizin hücumçusu Ramil Şeydayevlə şəkil çəkdiriblər.

Əli paylaşımın altına bu sözləri yazıb: “Biz Mika ilə futbolu çox sevirik. Xüsusən də öz komandamızı”.

Emin Ağalarov fotoya “Əli və çempionlar” şərhini yazıbsa, Şeydayev “birlikdəyik" emojisi ilə reaksiya verib.