Avropa Liqasında mövsümün rəmzi komandası müəyyənləşib - "11-lik"
UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünün ən güclü futbolçulardan ibarət komandası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə avrokubok qazanan finalçı "Atalanta"nın 4 üzvü siyahıda yer alıb.
İtaliya klubuna həlledici dueldə 0:3 hesabı ilə uduzan "Bayer"dən isə 3 oyunçu "11-liy"ə düşə bilib.
Qapıçı: Mile Svilar (“Roma”);
Müdafiəçilər: Canluka Mançini (“Roma”), Conatan Ta (“Bayer”), Berat Cimşiti (“Atalanta”);
Yarımmüdafiəçilər: Ceremi Frimponq (“Bayer”), Tön Koopmeyners (“Atalanta”), Qranit Caka ("Bayer"), Matteo Rucceri (“Atalanta”);
Hücumçular: Florian Virts (“Bayer”), Pyer-Emerik Obameyanq (“Marsel”), Ademola Lukma (“Atalanta”).