"Olimpiakos"dan ayrılan Mamadu Kane bu klubla 3 illik müqavilə bağladı

"Olimpiakos"dan ayrılan Mamadu Kane bu klubla 3 illik müqavilə bağladı

2019-2021-ci illərdə "Neftçi"nin formasını geyinmiş Mamadu Kane "Olimpiakos"dan ayrılıb.

MediaSport.az xəbər verir ki, Afina klubuna məhz Bakıdan getmiş qvineyalı yarımmüdafiəçisinin transfer hüququnu "Pafos" alıb.

Afrikalı futbolçu Kipr təmsilçisinin heyətində ötən mövsüm icarə əsasından çıxış edib. Kane kiprlilərlə 3 illik müqavilə bağlayıb.