Məsut Özilin Bakı səfəri davam edir - "Ulduz"un oyunçuları ilə görüşdü

Məsut Özilin Bakı səfəri davam edir - "Ulduz"un oyunçuları ilə görüşdü

Madrid "Real"ı, "Arsenal", "Fənərbağça" kimi klubların formasını geyinmiş Məsut Özil "Ulduz" Futbol Akademiyasının açıq məşqini izləyib.

Mediasport.az xəbər verir ki, məşqdə U-8, U-9, U-10, U-12, U-14, qızlar arasında isə U-15 komandaları iştirak ediblər.

Almaniya millisi ilə dünya çempionu olan sabiq yarımmüdafiəçi dünən "Azərsun Arena"da "Qarabağ"ın əsas komandasının açış məşqini stadiondan izləmişdi.