"Turan Tovuz" azarkeşlərə qərb derbisində də hədiyyələr verəcək

"Turan Tovuz" azarkeşlərə qərb derbisində də hədiyyələr verəcək

Azərbaycan Premyer Liqasının sonunu - 36-cı turunun “Turan Tovuz” - “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər Tovuz şəhər stadionunda baş tutacaq görüşün biletlərini arenanın kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda 5 AZN-lik VİP biletlər də satışdadır.

Mayın 26-da baş tutacaq oyun saat 17:00-da başlanacaq.

Xatırladaq ki, Tovuz təmsilçisi matçdan sonra növbəti dəfə uduşlu lotereya təşkil edəcək.