Paris-2024: Azərbaycan idmançısı yarışı 43-cü pillədə tamamladı

Paris-2024: Azərbaycan idmançısı yarışı 43-cü pillədə tamamladı

Paris-2024 Yay Olimpiya Oyunlarında triatlonçuların fərdi yarışlarına start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rostislav Pevtsov uğursuz çıxış edib.

Üzgüçülük yarışını 37-ci pillədə başa vuran idmançı velosiped marafonunda 50-ci olub.

Qaçışda mövqeyini bir qədər yaxşılaşdıran Pevtsov finişə 43-cü çatıb.

O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.