Patrik Andradenin "Qarabağ"dan alacağı məbləğ dəqiqləşdi

Patrik Andradenin "Qarabağ"dan alacağı məbləğ dəqiqləşdi

"Partizan"dan ayrılan Patrik Andrade karyerasını növbəti dəfə "Qarabağ"da davam etdirəcək.

Ağdam təmsilçisi 2020-2022-ci illərdə komandanın uğurları üçün çalışmış 30 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlayıb.

MediaSport.az saytına daxil olan məlumata görə, ölkə çempionu Kabo Verde millisinin üzvü ilə illik 400 min dollara razılaşıb.

Andrade "köhlən atlılar"ın heyətində 46 oyun keçirib, 7 qol vurub. Serbiya klubu ilə vidalaşan futbolçu komanda ilə 16 dəfə meydana çıxıb.