"Kəpəz"də bıçaq sümüyə dirəndi - Legionerlər düşərgəni tərk etdilər

 "Kəpəz"də bıçaq sümüyə dirəndi - Legionerlər düşərgəni tərk etdilər

"Kəpəz" dağılmaq təhlükəsilə üz-üzə qalıb.

Maliyyə problemlərinə görə legionerlər Gəncə klubunu tərk ediblər.

Klubla müqaviləsi başa çatan əcnəbilərin heç biri ilə yeni müqavilə bağlanmayıb.

Onlara özlərinə yeni komanda tapmaları tövsiyə olunub. Bəzi yerlilərin də komandadan ayrılacağı gözlənilir.

Rəhbərlik bunu sponsorun olmaması ilə əlaqələndirib. Avqusta qədər problem həllini tapmasa, qərb təmsilçisi dağılacaq.

Mediasport.az