Azərbaycanın 7 klubu planetin 701 ən yaxşı komandası arasında

Azərbaycanın 7 klubu planetin 701 ən yaxşı komandası arasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, 2024-cü ilə nəzərən tərtib olunan 701 komandalıq siyahıda Azərbaycanın 7 təmsilçisi yer alıb.

Ötən ayla müqayisədə 14 pillə geriləyən ölkəmizin sıralamadakı ən yaxşı təmsilçisi “Qarabağ” 168,75 xalla 81-ci pilləyə düşüb.

99,5 xalla 208-ci olan “Zirə” 11 pillə irəliləyib, 9 pillə önə keçən “Sabah” 62,25 xalla 400-cüdür.

“Turan Tovuz” 53,75 xalla 2 addımlıq irəliləyişlə 494-cü yerdədir, “Neftçi” 28 pillə geriləyərək 50 xalla 537-ci sıraya düşüb.

6 pillə irəliləyən “Sumqayıt” 48 xalla 567-cidir, “Araz-Naxçıvan” 18 pillə geriləyib və 43,75 xalla 648-cidir.

Reytinq cədvəlinə 441 xalla Madrid “Real”ı başçılıq edir.