Azərbaycan 2-ci Liqası: 6-cı tur dörd qarşılaşma ilə start götürür

Azərbaycan 2-ci Liqası: 6-cı tur dörd qarşılaşma ilə start götürür

Bu gün Azərbaycan 2-ci Liqasında 6-cı tura start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 4 qarşılaşma keçiriləcək və hamısı eyni saatda başlayacaq.

Görüşləri Peşəkar Futbol Liqasının (PFL) "I/II Liqa" "YouTube" kanalı vasitəsilə canlı izləyə bilərsiniz.

Azərbaycan 2-ci Liqası. 6-cı tur

7 oktyabr (bazar ertəsi)

15:00 "Lerik" - "Şahdağ Qusar"

Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Asif Abdullayev, Emin Abdullayev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Lənkəran OİK stadionu.

15:00 "Şəmkir" - "Şəfa"

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Maqsud Şəmiyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Şəmkir OİK stadionu.

15:00 "Saatlı-Araz" - "Qusar"

Hakimlər: Murad Səlimov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Vüqar Həsənli.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Şirvan OİK stadionu.

15:00 "Füzuli" - "Kür-Araz"

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Şamaxı OİK stadionu.