Yığma Latviyaya qarşı - AÇ
17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
mediasport.az xəbər verir ki, yığmamız bu gün Bakı vaxtı ilə saat 20:00-da Latviya ilə üz-üzə gələcək.
Oyunu İsveçdən və Norveçdən olan hakimlər briqadası idarə edəcək. Azərbaycan Avropa çempionatının seçmə mərhələsində B Liqasının 4-cü qrupunda Latviya və Slovakiya ilə mübarizə aparacaq.
Avropa çempionatı, seçmə qrup mərhələsi. 1-ci tur
20:00 Latviya – Azərbaycan
Hakimlər: Lovisa Johansson, Emelie Elfstrand (İsveç), Line Cathrine Nymoen, Emilie Torkelsen (Norveç)
Salaspils. Salaspils BSS stadium.