Azərbaycanın iki klubu Avropa Kubokunda mübarizəni dayandırdı

 Azərbaycanın iki klubu Avropa Kubokunda mübarizəni dayandırdı

Qadın həndbolçulardan ibarət "Azəryol" və "Kür" Avropa Kubokunda mübarizəni dayandırıb.

Mediasport.az xəbər verir ki, Bakı klubu Ukrayna təmsilçisi "Qaliçanka"ya, Mingəçevir təmsilçisi isə "İonias"a (Yunanıstan) uduzub.

"Qarabağ" isə "Differdanj"ı (Lüksemburq) üstələyib və növbəti mərhələyə adını yazdırıb.

Avropa Kuboku. 2-ci mərhələ. Cavab oyunları

6 oktyabr

"Qaliçanka" (Ukrayna) - "Azəryol" (Azərbaycan) 32:16 (19:8)

Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro).

Bakı, Azərbaycan.

İlk oyun - 36:22

"İonias" (Yunanıstan) - "Kür" (Azərbaycan) 33:22 (19:10)

Hakiimlər: Militsa Paviçeviç, Sladyana Martinoviç (hər ikisi Monteneqro).

Afina, Yunanıstan.

İlk oyun - 32:25