"Turan Tovuz"un qapıçısı Premyer Liqada bütün rəqiblərini qabaqladı
Cari mövsüm Azərbaycan Premyer Liqasında ən çox quru oyun keçirən qapıçıların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, "Turan Tovuz"un qapıçısı İqor Konovalov bu göstəricidə həmkarlarını qabaqlayıb.
O, 12 tur ərzində 7 dəfə qapısını toxunulmaz saxlayıb. İqorun ən yaxın izləyici Kristian Avraamdır ("Araz-Naxçıvan", 5 matç).
Növbəti pillələrdə Mateuş Koxalski ("Qarabağ", 4 matç), Aydın Bayramov ("Zirə", 4 matç), Rikardo Fernandes ("Şamaxı", 4 matç) yer alıb.