Azərbaycan Kuboku: Premyer Liqa klubları bu tarixdə yarışa qoşulacaq

Azərbaycan Kuboku: Premyer Liqa klubları bu tarixdə yarışa qoşulacaq

Futbol üzrə Azərbaycan Kubokunda 2024/25-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib. 

Mediasport.az xəbər verir ki, 2 qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Digər görüşləri Peşəkar Futbol Liqasının (PFL) rəsmi "YouTube" kanalında izləmək mümkün olacaq.

Azərbaycan Kuboku. 2-ci təsnifat mərhələsi

28 oktyabr (bazar ertəsi)

20:00 "Turan Tovuz" - "Hypers Guba"

Tovuz şəhər stadionu (CBC Sport / canlı).

29 oktyabr (çərşənbə axşamı)

14:00 MOİK - "Şimal"

"Kapital Bank Arena" (ehtiyat meydança).

16:00 "Şahdağ Qusar" - "Araz-Naxçıvan"

"Liv Bona Dea Arena".

16:00 "Ağdaş" - "Kəpəz"

Tovuz şəhər stadionu.

18:00 "Dinamo" - "Səbail"

"ASCO Arena"

30 oktyabr (çərşənbə)

14:00 "Şamaxı" - "Şəmkir"

Şamaxı şəhər stadionu.

14:00 "Mingəçevir" - "Zaqatala"

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

14:00 "Qaradağ Lökbatan" - "Karvan"

Lökbatan OİK stadionu.

15:00 "Şəfa" - "Difai"

"ASK Arena"

31 oktyabr (cümə axşamı)

14:00 "İmişli" - "Cəbrayıl" 

Şamaxı OİK stadionu.

15:00 "Qəbələ" - "Baku Sportinq"

Qəbələ şəhər stadionu (CBC Sport / canlı).