Mahir 10 dəqiqə oynadı, komandası darmadağın etdi - Çempionlar Liqası
Futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk matçları çərçivəsində birinci oyun günündə 5 matç keçirilib.
MediaSport.az xəbər verir ki, Azərbayan yığma komandasının hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" (Zaqreb) doğma meydanda "Astana" ilə qarşılaşıb.
Türkiyə çempionu "Qalatasaray" isə Litva səfərində "Jalgiris"in qonağı olub.
Futbolçumuzun komandası Qazaxıstan təmsilçisini meydana çıxmağına peşman edib. Mahirin 10 dəqiqə iş başında olduğu dueldə xorvatlar qonaqları darmadağın ediblər.
Okan Buruklu "cim-bom" isə gözlənilmədən litvalıların müqavimətini qıra bilməyib.
UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. İlk oyunlar
25 iyul
"Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə) 2:2
Qollar: Matias Oyevusi, 48. Donatas Kazlauskas, 90+2 - Abdülkerim Bardakçı, 75. Halil Dervişoğlu, 78.
Qırmızı vərəqə: Donatas Kazlauskas ("Jalgiris"), 90+2.
HİK (Finlandiya) - "Mölde" (Norveç) 1:0
Qol: Topi Keskinyen, 25.
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan) 4:0
Qollar: Bruno Petkoviç, 36. Luka İvanuşets, 41; 43; 56.
"Dnepr-1" (Ukrayna) - "Panatinaikos" (Yunanıstan) 1:3
Qollar: Aleksandr Kapilenko, 90 - Andras Sporar, 10. Filip Dyuriçiç, 74. Fotis Yoannidis, 84.
"Servett" (İsveçrə) - "Genk" (Belçika) 1:1
Qollar: Stiv Rulye, 78 - Emmanuel Arokodare, 21.
"Zrinski" (Bosniya və Herseqovina) - "Slovan" (Slovakiya) 0:1
Qollar: Şarani Zuberu, 53.
"Breydablik" (İslandiya) - "Kopenhagen" (Danimarka) 0:2
Qollar: Yordan Larsson, 1. Rasmus Falk, 32.