Fransada Azərbaycanı bu cüdoçular təmsil edəcəklər - Böyük Dəbilqə

Fransada Azərbaycanı bu cüdoçular təmsil edəcəklər - Böyük Dəbilqə

Sabah Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

mediasport.az xəbər verir ki, 2 gün davam edəcək yarışda milli komandamızın 9 üzvü 7 çəki dərəcəsində mübarizə aparacaq.

Performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizə aparacaq.

Böyük Dəbilqədə 85 ölkədən 535 idmançı medallar uğrunda yarışacaq.