Balabəy Ağayev Olimpiya Dünya Reytinq siyahısının 2-ci pilləsində

Balabəy Ağayev Olimpiya Dünya Reytinq siyahısının 2-ci pilləsində

Beynəlxalq Cüdo Federasiyasının Olimpiya Təsnifat Dövrü üçün Olimpiya Dünya Reytinq siyahısı yenilənib.

mediasport.az xəbər verir ki, Olimpiya Reytinq cədvəlinə əsasən -60 kq. çəkidə Balabəy Ağayev 2-ci yerdə, -73 kq. çəkidə Hidayət Heydərov 4-cü yerdə, -81 kq. çəkidə Səid Mollayi 2-ci yerdə qərarlaşıb. -100 kq. çəkidə isə Zelim Kotsoyev ilk sırada yer alıb.

 Bu reytinq cədvəli 23 fevral 2023-cü il tarixinə olan vəziyyətdir. Olimpiya Oyunlarında hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər. Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.