"Sevinirəm ki, futbolçular geri dönüş etdilər, buna ehtiyacımız var"
“Çətin olacağını bilirdik. “Qəbələ” də qalib gəlmək istəyirdi. Yeni məşqçi gələndən sonra bütün oyunlarda yüksək səviyyədə mübarizə aparıblar. Bu gün çox aqressiv idilər".
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 30-cu turunun "Qəbələ" ilə səfər matçı haqqında fikirlərini bölüşüb.
O, 2:1 hesablı çətin qələbəni belə şərh edib:
"Bundan əvvəlki oyunlarda Qəbələdə məğlub olmuşduq. Burada oynamaq da çətindir. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Çempionatın sonudur, psixoloji savaş da gedir. Oyunun içində futbolçular əsəbləşəndə bəzən oyun alınmır.
İlk dəqiqədən yaxşı imkanımız oldu. Qolu vursaydıq, daha rahat ola bilərdik. Uduza da bilərdik. Ondan sonra oyun orta sahədə getdi. Bir səhv rəqibə üstünlük verdi. Uzaqdan zərbə qol oldu. İkinci hissə dəyişiklik etdik, riskə də getdik. Epizodlar da oldu.
Sevinirəm ki, futbolçular sonda geri dönüş etdilər. Buna ehtiyacımız var. Futbolçularda özünəinam önəmlidir. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən möhtəşəm dəstək verdilər. Bundan sonra hər oyun daha da çətin keçəcək”.