"Qarabağ" 100 milyon avro dəyəri olan futbolçunu təəccübləndirib
"Qarabağ" ilk hissədə möhtəşəm oyun nümayiş etdirdi. Hətta qələbə də qazana bilərdilər".
Mediasport.az xəbər verir ki, bu sözləri Almaniyanın "Bayer" klubunun hücumçusu Florian Virts deyib.
Leverkuzen təmsilçisinin əsas qol "silah"ı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçı çərçivəsində Bakıda "Qarabağ"la (2:2) keçirilmiş görüş barədə fikirlərini bölüşüb.
100 milyon avro dəyəri olan 20 yaşlı superistedad Azərbaycan çemponunun özünəinamına heyran qaldığını qeyd edib:
"Rəqib oyuna yaxşı hazırlaşdığını ilk dəqiqələrdən göstərdi. Məntiqli olaraq 2 qol da vurdular. Biz fasilədən sonra şans yaxaladıq və maksimum istifadə etdik".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Almaniyada baş tutacaq.