"Neftçi" qış fasiləsində ikinci transferini reallaşdırıb - RƏSMİ

"Neftçi" qış fasiləsində ikinci transferini reallaşdırıb - RƏSMİ

"Neftçi" qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar" Brayan Morenonu transfer ediblər.

Kolumbiyalı hücumçu ilə 1,5 illik müqavilə bağlanıb.

Son klubu Bolqarıstanda ÇSKA olan 24 yaşlı futbolçu "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, paytaxt klubu daha əvvəl Alfa Konte ilə anlaşıb.