"Qarabağ" dəstəksiz qalmayacaq

"Qarabağ" dəstəksiz qalmayacaq

Oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Hekken”in qonağı olacaq “Qarabağ” İsveçdə dəstəksiz qalmayacaq.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandasının azı 300 azarkeş dəstəkləyəcək.

İsveçdə və yaxın ölkələrdə yaşayan həmyerlilərimiz oyunu stadiondan canlı izləmək üçün Ağdam klubuna müraciət edib.

Fanatlar yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Ullevi” stadionuna 8-ci qapıdan daxil ola bilərlər.

Göteborq şəhərində baş tutacaq görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.