Xudiyev Çexiyada, Hacı-Məhərrəmov isə Rumıniyada olacaq

Xudiyev Çexiyada, Hacı-Məhərrəmov isə Rumıniyada olacaq

UEFA AFFA nümayəndələri - Zaur Hacı-Məhərrəmovla beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə dəvət göndərib.

MediaSport.az xəbər verir ki, Konfrans Liqasının qrup mərhələsinin IV turu çərçivəsində oktyabrın 13-də Buxarestdə keçiriləcək "Styaua" (Rumıniya) - “Silkeborq” (Danimarka) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Xudiyev isə həmin gün Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Çexiyada baş tutacaq “Slovan” (Slovakiya) - “Bazel” (İsveçrə) qarşılaşmasında hakim-inspektor funksiyasını yerinə yetirəcək.