"Millinin baş məşqçisi ilə bağlı qərar yaxın günlərdə veriləcək"
"Milli komanda ilə bağlı da müzakirələr oldu. Yeni baş məşqçi ilə bağlı qərar, yəqin ki, yaxın günlərdə veriləcək. Ümumi müzakirələr getdi. Ətraflı məlumat veriləcək. Hər dəfə qarşıdakı lazım olan işlər barədə müzakirələr gedir”.
Mediasport.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis komitənin bugünkü iclasından sonra jurnalistlərə açıqlama verib:
“Çünki yeni iş kollektividir. Yeniliklər axtarılır. Qəti qərar olmadığından fikir bildirmək olmur. Bir neçə iclasdan sonra ümumi məlumat veriləcək ki, futbolun inkişafı, yaxşılığa doğru dəyişməsi üçün nə işlər görüləcək. AFFA “Qəbələ”yə hər cür kömək edəcək. Maliyyə tərəfləri açıqlanacaq. Hər xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qoruyub saxlanılsın”.