"Qarabağ" ÇL-nın tarixinə düşüb
"Give Me Sport" portalı UEFA Çempionlar Liqası tarixində çıxış edən ən aşağı büdcəli klubların siyahısını tərtib edib.
Mediasport.az xəbər verir ki, siyahıda 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk və hələlik sonuncu dəfə turnirin qrupuna vəsiqə qazanan "Qarabağ" da yer alıb.
Sıralamada klubların iqtisadi vəziyyəti, sonra tarixi, azarkeş bazası və oyuna gələn fanatların sayı nəzərə alınıb:
1. "Unirya" (Rumıniya)
2. "Şerif" (Moldova)
3. "Astana" (Qazaxıstan)
4. "Qarabağ" (Azərbaycan)
5. BATE (Belarus)
6. "Maribor" (Sloveniya)
7. APOEL (Kipr)
8. "Viktoriya" (Plzen, Çexiya)
9. "Krasnodar" (Rusiya)
10. "Antverpen" (Belçika)