"Qarabağ" UEFA reytinqində Azərbaycanın xalını artırıb

"Qarabağ" UEFA reytinqində Azərbaycanın xalını artırıb

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində dünən Bakıda Almaniyanın "Bayer" klubu ilə bərabərə (2:2) qalan "Qarabağ" Azərbaycanın UEFA reytinqində xal ehtiyatını bir qədər də yaxşılaşdırıb.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb.

Ağdam klubunun son 5 mövsümdə qazandığı ümumi əmsal 20,125-ə bərabərdir.

Bunun hesabına Azərbaycan hazırda UEFA reytinqində 27-ci pillədə qərarlaşıb.