"Qarabağ" Futbol Klubunun fəxri prezidenti dünyasını dəyişdi

 "Qarabağ" Futbol Klubunun fəxri prezidenti dünyasını dəyişdi

"Qarabağ" Futbol Klubunun fəxri prezidenti Abdulbari Gözəl vəfat edib.

Mediasport.az xəbər verir ki, bu barədə Müşahidə Şurasının sədri olduğu "Azərsun" Holdinq məlumat yayıb:

“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azərsun Holding"in qurucusu Abdulbari Gözəl vəfat edib”.

Qeyd edək ki, Abdulbari Gözəl 2001-2015-ci illərdə Ağdam klubunun prezidenti olub. 2015-ci ildən bu günədək fəxri prezident postunu tutub.

"Qarabağ" onun rəhbərliyində 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunu qazanıb

Allah rəhmət eləsin!