"Qarabağ"ın futbolçuları milyonçu olacaq - Hərəsinə 100 min manat!

"Qarabağ"ın futbolçuları milyonçu olacaq - Hərəsinə 100 min manat!

Sabah Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

"Qarabağ" Almaniyada "Bayer"in qonağı olacaq.

Bakıdakı ilk matçdan 2:2 hesablı bərabərliklə ayrılan "köhlən atlılar" Leverkuzendə sensasiyaya imza atmaq iddiasındadır.

Azərbaycan çempionu istəyinə çatarsa, futbolçularına heç vaxt olmadığı qədər mükafat ödəyəcək.

"Bayer" üzərində qələbənin qarşılığı kimi hər futbolçuya 100 min manat civarında "ənam" veriləcək.

"Qarabağ" Avroliqanın pley-off mərhələsində "Braqa"nı üstələyib.

Portuqaliyada 4:2 hesabına sevinən təmsilçimiz Bakıda yenilsə də (2:3), iki oyunun ümumi nəticəsinə görə adını 1/8-ə yazdırıb.

Yönətim bunun əvəzi olaraq hər oyunçusuna 50 min manat mükafat paylayıb.

Sportinfo.az