"Səbail" doğma meydanda "Qəbələ"yə məğlub oldu
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.
Çempionatı tərk edəcəyi ötən tur müəyyənləşmiş "Qəbələ" paytaxtda "Səbail"lə formal görüşə çıxıb.
Şahin Diniyevin baş məşqçisi olduğu Bayıl təmsilçisi avrokuboklara yollanmaq şanslarını cüzi saxlasa da, doğma meydanda məğlub olmaqla Avropaya yollanmaq fürsətinin üstündən xətt çəkib.
Turun əvvəlki qarşılaşmalarında "Kəpəz" "Sumqayıt"la bərabərə qalıb (1:1), "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.
Azərbaycan Premyer Liqası. 33-cü tur
19:00.“Səbail” - “Qəbələ” 2:3
Qollar: Aleksandr Ramalinqom, 16, Pedro Nunu, 40-pen., - Osama Xalayla, 20, 56, Əyyub Allaş, 32.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“ASCO Arena”
“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 55. Nir Bardea, 7. Madi Keta.
Baş məşqçi: Şahin Diniyev.
“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Çxadadze.