"Qəbələ" Antalyada son oyununa çıxır - Rəqib "Teplitse" olacaq
Mövsümün ikinci yarısının hazırlığını yanvarın 4-dən Türkiyədə davam etdirən “Qəbələ” Antalyada üçüncü - sonuncu yoxlama oyununu keçirəcək.
mediasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın budəfəki rəqibi Çexiya təmsilçisi “Teplitse” olacaq.
Görüş Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. "Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib. Elmar Baxşıyevin komandası Rumıniyanın “Sepsi” klubu ilə heç-heçə edib (2:2), Almaniyanın “Lukenvalde” komandasına qalib gəlib - 3:2.