Azərbaycan Premyer Liqasının 12-ci turu "Zəfər turu" adlandırılıb

 Azərbaycan Premyer Liqasının 12-ci turu "Zəfər turu" adlandırılıb

Azərbaycan Premyer Liqasının 12-ci turu "Zəfər turu" adlandırılıb.

Mediasport.az xəbər verir ki, bununla bağlı PFL məlumat yayıb:  

"2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etdi.

Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.

Peşəkar Futbol Liqası qələbəmizin 3-cü ildönümü münasibətilə Premyer Liqanın XII turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.