"Qarabağ"da işləmiş niderlandlı Gürcüstan klubundan ayrıldı

"Qarabağ"da işləmiş niderlandlı Gürcüstan klubundan ayrıldı

Qarabağ"ın futbol akademiyasının direktoru vəzifəsində işləmiş Con Van Loen işsiz qalıb.

mediasprort.az xəbər verir ki, yayda Gürcüstanın “Lokomotiv” klubuna baş məşqçi təyin edilmiş niderlandlı mütəxəssis vəzifəsindən uzaqlaşdırılıb.

Qonşu ölkədə fəaliyyəti 4 ay çəkməyən Leon artıq ölkəsinə qayıdıb və Tbilisi klubu yerli mütəxəssisə tapşırılıb. O, 2014-2016-cı illərdə “Qarabağ”da çalışıb