"Qarabağ" ÇL-də pley-offa çıxsa, Xorvatiya nəhəngi ilə görüşəcək

 "Qarabağ" ÇL-də pley-offa çıxsa, Xorvatiya nəhəngi ilə görüşəcək

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, “Qarabağ” - "Ludoqores" (Bolqarıstan) cütünün də potensial rəqibi məlum olub.

"Qarabağ" 3-cü təsnifatda Bolqarıstanın "Ludoqores" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda "Dinamo" (Xorvatiya) ilə qarşılaşacaq.

Pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində baş tutacaq.