"Qarabağ" pley-offda vacib qarşılaşmaya çıxır - Avropa Liqası

"Qarabağ" pley-offda vacib qarşılaşmaya çıxır - Avropa Liqası

Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk matçına çıxır.

mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi Sloveniya səfərində "Olimpiya"nın qonağı olacaq.

Qurban Qurbanovun komandası 2018-ci ildə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu klubla qarşılaşıb və turu keçən tərəf olub (1:0, 0:0).

Komandalar arasında cavab görüşü avqustun 31-də keçiriləcək.


UEFA Avrop Liqası. Pley-off. İlk oyun


22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ"

Baş hakim: Georgi Nikolov Kabakov (Bolqarıstan)

Sloveniya, Lyüblyana, "Stojiçe" stadionu.