"Turan Tovuz"un ilk ev oyununda azarkeşlər hədiyyə qazanacaqlar

"Turan Tovuz"un ilk ev oyununda azarkeşlər hədiyyə qazanacaqlar

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər Tovuz şəhər stadionunda baş tutacaq matçın biletlərini bu gündən əldə edə bilərlər.

Biletləri Tovuz stadionunun kassasında və şəhərin mərkəzində yerləşən satış mərkəzində almaq mümkündür.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun avqustun 11-i, saat 18:45-də start götürəcək.

Xatırladaq ki, qarşılaşmadan sonra qərb klubunun rəsmi tərəfdaşı “İnci Group of Companies” tərəfindən bilet almış azarkeşlər arasında lotereya təşkil olunacaq.