"Qarabağ" Rahillə vidalaşıb

"Qarabağ" Rahillə vidalaşıb

"Qarabağ” futbolçusu Rahil Məmmədovla vidalaşıb.

Mediasport.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesablarında paylaşım edərək “Qarabağ” formasında keçirdiyi oyunlara görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 28 yaşlı müdafiəçi bu gün Polşanın LKS klubu ilə 1,5 illik müqavilə bağlayıb.