Sabah keçiriləcək AFFA-nın Konfransının gündəliyi açıqlanıb
Sabah keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də başlanacaq toplantının gündəliyinə 6 məsələ daxildir.
AFFA prezidenti tərəfindən iclas açıq elan edildikdən sonra Konfransın tərkibi yoxlanılacaq.
Ardınca AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları və müstəqil auditorun hesabatı dinləniləcək.
Daha sonra isə AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.