Rəşad Sadıqov: "Oyununu oyna!"

Rəşad Sadıqov: "Oyununu oyna!"

Premyer Liqanın 7-ci turunun “Zirə” – “Qarabağ” matçında insident yaşanıb. MediaSport.az xəbər verir ki, Ağdam klubunun azarkeşləri meydan sahiblərinin kapitanı Qismət Alıyevə təhqiramiz ifadələr işlədiblər. Futbolçu da buna qarşılıq olaraq tərəfdarlara əl-qol hərkəti ilə cavab verib.

Bundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov kapitanına xəbərdarlıq edərək “Qismət, oyununu oyna!” – deyə, sərt reaksiya verib.

“Qarabağ” rəqibinə səfərdə 7:1 hesabı ilə qalib gəlib.