Canni De Byazi "Sabah"ın futbolçularını iştirak ərizəsinə salmadı
AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində 2-ci görüşünü İsveç yığmasına qarşı keçirəcək millimizin iştirak ərizəsi müəyyənləşib.
mediasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi UEFA-ya göndərdiyi 23 nəfərlik sifariş ərizəsinə "Sabah"ın 2 futbolçusunun adını daxil etməyib.
Tellur Mütəllimovla Ceyhun Nuriyev siyahıdan kənar qalıb. Əvəzində Avstriya ilə matçda heyətdən kənarda qalan "Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə ilə "Neftçi"nin müdafiəçisi Azər Salahlı bu görüş üçün sifariş olunub.
İlk turda 1:4 hesabı ilə uduzduğumuz Avstriya ilə oyunda zədələnən Eddi İsrafilovun da adı siyahıda yer almayıb. İsveç - Azərbaycan qarşılaşması bu gecə Bakı vaxtilə saat 22:45-də Solnadakı "Frends Arena"da keçiriləcək.